Onu vəzifədən atmaq NİYƏ ÇƏTİNDİR?.. - Qocayevin batırdığı Samux...
Redaksiyamıza daxil olan şikayət məktubunu imzalayan bir qrup Samux sakini rayonun icra hakimiyyətinin başçısı Alı Qocayevdən narazılıq edirlər.
Alı Qocayevin Samuxa icra başçısı təyin olunmasından sonra bu rayonun sahibkarlarının qara günlərinə də eyni vaxtda start verilib.
Narazı vətəndaşlar yazırlar ki, Alı Qocayev Samuxda həyata keçirilən bütün abadlıq işlərini yerli iş adamlarına həvalə edib: «Əvvəlki icra başçısının zamanında əgər, məsələn, büdcədən ayrılan vəsaitin yarısı mənimsənilirdisə, indi vəziyyət daha da acınacaqlıdır.
Görülən bütün işlər, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır. Əvəzində deyirlər ki, böhranla əlaqədar Bakıdan pul ayrılmır. Buna görə də hər şey yerli imkanlar hesabına edilməlidir. Biz başa düşə bilmirik, "yerli imkanlar" dedikdə nə anlaşılır? İnsanların var-yoxunun əlindən alınmasımı?»
Artıq Alı Qocayevin əlindən zara gəldiklərini deyən sahibkarlar bildirir ki, Samuxda bu səbəbdən iş görən adam, iş adamı qalmayıb: «Bu gün Samuxda böyük bir təhlükə yaşanılır: İŞSİZLİK… Bəlkə də Alı Qocayev bunun fərqində deyil. Amma bunun bəlasını aclıq həddində olan sıravi əhali çəkməkdədir.
Biz, müraciətimizin işıqlandırılmasını istəyirik. Samux batır… Bizi Alı Qocayevin əlindən xilas edin»…
İdda olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage