"Zeytun" aptekləri bağlı məhkəmə qərar verdi
Yasamal Rayon Məhkəməsində "Zeytun Pharmaceuticals" MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.
Məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd: "Zeytun Pharmaceuticals" MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Xatırlatma: "Zeytun Pharmaceuticals" MMC-yə daha əvvəl eyni xəta ilə bir neçə dəfə cərimə protokolu yazılıb.
Qeyd: "Zeytun Pharmaceuticals" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Bəhruz Şirəliyevə məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 2 000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.10.2014-cü ildir.
Kamal Məmmədov