“Rahat” supermarket karantini pozduğuna görə cərimələndi
Azərbaycanda tanınmış supermarket karantin rejimi qaydalarını pozub.
Məlumata görə, hadisə fevralın 14-də Binəqədi rayon ərazisində yerləşən “Rahat” supermarketdə qeydə alınıb.
Belə ki, müvafiq qurum tərəfindən supermarketdə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilib.
“Rahat”ın barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “Rahat” supermarket 1200 manat məbləğində cərimələnib.