azia.az
azia.az

“Meymun çiçəyi” Rusiya laboratoriyasında hazırlanıb, məqsədləri…” – Britaniya nəşrindən ŞOK İDDİA

22-05-2022, 19:34

Britaniyanın “Mirror” tabloidi bütün dünyaya qəfil yayılmağa başlayan “meymun çiçəyi” xəstəliyi haqqında maraqlı məqalə dərc edib. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, bu nadir xəstəliyə dünyada hələ ki, 92 yoluxma halı artıq qeydə alınıb.
“Azia.az ” xəbər verir ki, britaniyalı jurnalistlər mövzu ilə bağlı sovet mikrobioloqu Kanatjan Alibekovun arxiv müsahibələrini araşdırıblar. Açıq mənbələrə görə, 1970-ci illərdən o, SSRİ-də bioloji silahların məxfi hazırlanması ilə məşğul olan “Biopreparat” elmi-istehsalat birliyində işləyib. 80-ci illərin sonlarında birliyin rəhbərlərindən biri olan Alibekov SSRİ-nin dağılmasından sonra ABŞ-a mühacirət edib.

“Meymun çiçəyi” Rusiya laboratoriyasında hazırlanıb, məqsədləri…” – Britaniya nəşrindən ŞOK İDDİA

Mirror” yazır ki, 90-cı illərdəki çıxışlarında Alibekov sovet alimlərinin bioloji silahın potensial komponentləri kimi müxtəlif növ çiçək xəstəliklərinin, o cümlədən “meymun çiçəyi” xəstəliyinin tədqiq etdiklərini deyib.
“Mirror” Alibekovdan sitatlara da yer verib. “Biz insan çiçəyi xəstəliyinin əvəzinə, hansı virusların istifadə oluna biləcəyini müəyyən etmək üçün xüsusi proqram yaratdıq. Biz inək, siçan, dovşan və “meymun çiçəyi”ni sınaqdan keçirdik…” deyə, alimə istinadən nəşr bildirir.

Alibekov deyibmiş ki, müsbət nəticə əldə etdikdən sonra virusla mübarizə üsulları yaratmaq bizə cəmi iki həftə vaxt alırdı: “Bizim arsenalımızda məlum virusları əvəz edə biləcək genetik cəhətdən dəyişdirilmiş çiçək xəstəliyi olardı.”

“Mirror” həmçinin 1998-ci ildə Alibekovun qəribə bəyanatına da istinad edir. Alibekov deyibmiş ki, Rusiyada hazırlanmış xəstəliyin laboratoriyadan sızması nəticəsində yarana biləcək çiçək xəstəliyini “dünya ictimaiyyətinə izah etmək çətin olacaq”. Alibekov onu da bildiribmiş ki, SSRİ-nin dağılması zamanı kütləvi peyvəndlər nəticəsində çiçək xəstəliyinin faktiki yoxa çıxması onları belə bioloji proqramlardan imtina etməyə məcbur edib. Eyni zamanda, o, iddia edib ki, SSRİ-nin dağılmasından sonra da hərbçilər “bioloji silah yaratmaq” üçün meymun xəstəliyi ilə bağlı araşdırmaları davam etdiriblər.

Nəşr Alibekovun ABŞ Konqresində çıxışı zamanı özünü “Rusiyanın bioloji proqramının tam bağlanmamasına görə günahkar” hesab etdiyini də yada salıb.

“Meymun çiçəyi” Rusiya laboratoriyasında hazırlanıb, məqsədləri…” – Britaniya nəşrindən ŞOK İDDİA

Qeyd edək ki, Britaniyada yoluxmuş xəstələrdən ikisi Nigeriyadan gələn şəxslərdir, buna görə də onlarda Qərbi Afrika ştamının olduğu güman edilir. Bu növün mülayim olduğu deyilir, hərçənd ki, bu, hələ rəsmən təsdiqlənməyib.

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb. Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.

İndiyədək məlum olan ən böyük “meymun çiçəyi” epidemiyası 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub. Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi