azia.az
azia.az

Meymun iti övladlığa götürdü - Foto

15-05-2018, 23:40

Meymun iti övladlığa götürdü - Foto
Meymun iti övladlığa götürdü - Foto

Hindistanın Madhya Pradeş ştatının Kareli şəhərində meymun evsiz bir iti öz himayəsinə götürüb. Meymun ondan bir dəqiqə belə olsun ayrı dayanmır. “Ruptly”də yayılan kadrlara görə, o, arxa ayaqları ilə sürətlə qaçır, qabaq ayaqları iləsə iti rahatlıqla tutur. Qeyri-adi hadisəyə bütün yerli sakinlər maraqla tamaşa edirlər.

Eyni hadisə 2016-cı ildə də baş vermişdi. Həmin vaxt da Hindistanın Erod şəhərində bir makaka-rezus cinsi meymun bir balaca iti övladlığa götürmüşdü. O, balaca iti digər itlərdən almış və onu özündən bir addım da kənara buraxmırdı. Şahidlər isə güman edirdilər ki, meymun öz balasını itirdiyi üçün iti onun yerinə qoyur. Makaka-rezus dünyada meymun növlərinin ən geniş yayılanıdır. Onlara Hindistanda, Banqladeşdə, Pakistanda, Nepalda, Taylandda, Əfqanıstanda, Vyetnam və Çində rast gəlmək mümkündür. Hindlilər onu müqəddəs heyvan hesab edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi