“Meymun çiçəyi” daha 2 ölkədə yayıldı
“Mehman çiçəyi” xəstəliyinə yoluxma halı daha 2 ölkədə aşkarlanıb.
Azia.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya və Kanadada turistlər arasında xəstəliyə yoluxma qeydə alınıb.
Bu barədə məlumatı Avstraliya və Kanada Səhiyyə Nazirlikləri təsdiq edib. Avstraliyada xəstəliyə yoluxan şəxsin Avropadan yeni qayıtmış 40 yaşlı kişi, Kanadada olan xəstələrdən birinin isə Amerika vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl ilk yoluxma halları Böyük Britaniya, İtaliya, İsveç, İspaniya, Portuqaliya və bir sıra digər ölkələrdə qeydə alınıb.