azia.az
azia.az

Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...

20-05-2022, 09:42

Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əslən Kəlbəcər rayonundan olan və 20 ildən artıq hərbi hissələrdə traktorçu kimi xidmət edən Şəfiyev Zakir Nəbi oğlunun da aldığı hərbi təyinatlı pensiyanı dayandırıb.
Azia.az xəbər verir ki, şikayətçinin Demokratik.Az-a bildirdiyinə görə, 1992-ci ildən 2020-ci ilədək Daşkəsən və Göygöl rayonundakı "N" saylı hərbi hissələrində müxtəlif hərbi tapşırıqlar yerinə yetirib, eləcə də 44 günlük vətən savaşında özünün idarə etdiyi hərbi texnika ilə Kəlbəcərin işğaldan azad olunması əməliyyatlarında fədakarcasına iştirak etmişdir. Zakir Şəfiyev 44 günlük savaşda döyüş əməliyyatlarına cəlb olunaraq Daşkəsəndən Kəlbəcərə doğru uzanan təmas xəttində dağ yolunun açılmasını təmin etmişdir.
Müəyyən çəkilişlərdən və sənədlərdən də aydın olur ki, Şəfiyev mülki işçi olsa da, döyüş əməliyyatlarında və Kəlbəcər rayonunun azadlığından sonra hərbçilərimizlə birgə Ermənistan-Azərbaycan dövlət sərhəddi boyunca hərbi yəyinatlı qazıntı işlərinin aparılmasını həyata keçirib, göstərmiş olduğu xidmətlərə görə bir neçə mükafata layiq görülüb, xüsusilə də "vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Şikayətçi 2004-cü ildən 2014-cü ilədək Toğanadakı "N" saylı hərbi hissədə MAXE (müddətdən artıq hərbi qulluqçu) kimi xidmət edib, 28 dekabr 2013-cü ildə "Hərbi Xidmət haqqında Əsasnamə"nin 157-ci maddəsinin "B" bəndilə ürək çatışmazlığı diaqnozu ilə ehtiyata buraxılıb. Daha sonra, əlillik üzrə hərbi təqaüd almaqla mülki işçi kimi HH-lərdə traktorçu kimi əmək fəaliyyətini davam etdirmişdir.

O da maraq doğurur ki, şikayətçi ötən illər ərzində Müdafiə nazirliyinə müraciətlər etsə də, müharibə iştirakçısı veteranlıq statusunu da ala bilməyib.
Şikayətçinin "Demokratik TV" vasitəsilə açıqlamasını təqdim edirik:




Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...
Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...
Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...
Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...
Sahil Babayev MAXE-traktorçunun da əlillik pensiyasını kəsdi - DAHA BİR QURBAN...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi