Qarabağ qazisinin SEÇKİ PLATFORMASI - BİOQRAFİYASI
Mehdiyev Mehdi Imdad oğlu, 01 iyun 1965-ci ildə Bərdə rayonunun Alpoud kəndində anadan olmuşdur.
1972-1979-cu illərdə Bakı şəhərində 94 saylı orta rus məktəbində, 1979-1982-ci illərdə Cəmişid Naxçıvanski adına ixtisaslaşdırılmış orta ümumtəhsil məktəbində təhsilimi davam etdirmişdir.
1982-1986-cı illərdə Komenets — Podolski Ali Hərbi Mühəndis komandanlıq məktəbinə təhsil almışdır.
Məktəbi bitirdikdə "leytenant" hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün hava-desant qoşunlarına göndərilmişdir.
1987-1989-cu illərdə Əfqanıstan Demokratik Respublikasında xidmət etmişdir.
1992-ci ildən Azərbaycan Ordusu sıralarında xidmətimi davam etdirmişdir. Hərbi hissənin mühəndis xidməti rəisi, Müdafiə Nazirliyinin Mühəndis qoşunları Idarəsi rəisinin müavini, Heydər Əliyev adına Ali Hərbi məktəbdə Hərbi Mühəndis kafedrasının rəisi vəzifələrində xidmət etmişdir. Ehtiyatda olan polkovnikdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq II qrup Qarabağ müharibəsi əlili olmuşdur.
Peşəkar hərbçi kimi hərbi xidməti dövründə "Qırmızı ulduz" ordeni, "Azərbaycan Bayrağı" ordeni və bir çox medallarla təltif edilmişdir.
Evlidir, iki övladı var.
2001-ci ildən ictimai fəaliyyətlə məşğuldur. Həmin vaxtdan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə rəhbərlik edir.
Özü iki müharibə iştirakçısı, II qrup Qarabağ müharibəsi əlili olduğu və qardaşının Xocalıda şəhid olduğu üçün bu üç təbəqəni təmsil edən təşkilata rəhbərlik etməyə özündə mənəvi haqq tapır və bu qəbildən olan insanların problemlərinin həllinə çalışır.