azia.az
azia.az

Rus ordusu Donetsk və Luqanskda İTKİ VERDİ - 6 tank, 5 PUA...

3-05-2022, 07:29

Rus ordusu Donetsk və Luqanskda İTKİ VERDİ - 6 tank, 5 PUA...
Mayın 2-də gün Ukrayna Birləşmiş Qüvvələrinin əsgərləri Donetsk və Luqansk istiqamətində Rusiyanın 12 hücumunu uğurla dəf ediblər. Nəticədə rus işğalçıları itki veriblər.

Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, ukraynalı müdafiəçilər Rusiya ordusunun 6 tank, 5 artilleriya sistemini, 22 ədəd zirehli döyüş texnikasını və 8 hərbi maşınını məhv ediblər.

Ukraynanın havadan müdafiə bölmələri Donbass səmasında 5 "Orlan-10" pilotsuz uçuş təyyarəsini vurub.

T.İSMAYIL


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi