azia.az
azia.az

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi

24-04-2022, 20:23

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi.

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsini icra edir.


“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 23 aprel 2022-ci ildə Bakı şəhərində Azərsu ASC-nın inzibati binasında keçirildi. Tədbirdə Vətən müharibəsi qaziləri, QHT sədrləri, jurnalistlər və digər qonaqlar iştirak edirdilər.

Layihə rəhbəri Mətanət Əsgərqızı 3 ay icra olunan layihə barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bura dəvət olunan qazilər, layihənin ekspertləri, psixoloqlar, layihə rəhbərinin köməkçisi 3 ay ərzində yüksək səviyyədə dəstək oldular.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin necə icra olunmasını da ,qələbəmizin necə təbliğini də gözləri ilə gördülər.Layihəyə dəstək olanların və iştirak edənlərin hər birinə, AZƏRSU ASC-nın tədbirə ev sahibliyi etdiyinə görə rəhbərliyə, iş adamı Şahin Məmmədova, Ağdam, Mİngəçevir, Tərtər İcra Hakimiyytlərinə, minnətdarlıq bildirildi.

Çıxış edənlər, layihənin eksperti Cəsarət Hüseynzadə, AZƏRSU ASC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı,Sosial İnkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli, iş adamı Şahin Məmmədov, psixoloq Könül Abbasova, QHT rəhbərləri Bəsti Nəsibova, İradə Polad, Billur Məmmədova icra olunan layihənin yüksək səviyyədə olduğunu, məhz Vətən Müharibəsində qələbəmizin təbliği üçün gənclərə,ictimaiyyətə müxtəlif nümunələrlə təsir edildiyini qeyd etdilər.

İstər Şəhidlər xiyabanında iməcliklərin keçirilməsi arzusu, rayonlarda qazilərlə, şəhid ailələri ilə görüşlər, bir masa arxasında çay , yemək süfrələri , şəhid ailələrini ziyarətlər də bir amala xidmət edir, qələbəmizin, qəhrəmanlarımızın təbliğinə,gənclərə isə bir nümunədir, vətəni sevənlər hər zaman yaddaşlardadır.

Onların ailələri isə daim dövlətin, xalqın diqqətindədir. Tədbir maraqlı söhbətlərlə yadda qaldı.

Layihənin eksperti Cəsarət Hüseynzadə,AZƏRSU ASC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı,Sosial İnkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli, iş adamı Şahin Məmmədov, psixoloqlar Vəfa Abbasova, Könül Abbasova, Layihə rəhbərinin köməkçisi Aysunay Həsənova Əsgər Ailələrinə Dəstək ictimai birliyi tərəfindən Diplomla təltif edildilər. Xüsusi qeyd edək ki, diplom, şəhidin xatirə lövhəsinin qoyulması və digər layihədə nəzərdə tutulmayan əlavə işlər ictimai birliyin layihəyə töhfəsidir.


Tədbirin sonunda psixoloq Könül Abbasova qazilərlə ayrıca psixoloji təlim keçdi.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri isə N saylı hərbi hissədə olacaq.
“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi
“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi
“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi
“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi