azia.az
azia.az

Əsgər Ailələrinə Dəstək İB “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasını davam etdirir

30-03-2022, 07:55


Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icra edir.
Əsgər Ailələrinə Dəstək İB “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasını davam etdirir
“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 2 aprel 2022-ci ildə Bakı şəhərində keçiriləcək. İctimai Birlik buna qədər layihəni bölgələrdə, Ağdam,Tərtər rayonlarında, Mingəçevir şəhərində icra edib. Ağdam rayonunda şəhid Orxan Dadaşovun xatirə lövhəsinin açılışı olub.Tərtər rayonunda gənclərlə, təhsil işçilər və qazilərlə iki tədbir keçirilib. Vətən Müharibəsi qazisinin xahişi ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyi yolasalma mərasimində iştirak edib. Tərtərdəki tədbirdə Vətən Müharibəsi qazisi Elnur Qurbanlının müraciətinə əsasən iş məsələsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edib.Mingəçevir şəhərində Əsgər Ailələrinə Dəstək ictimai birliyinin yerli şöbəsi yaradılaraq orada Psixoloq kabineti təşkil olunub. Məqsəd həssas qrupları müharibədən yaranan stresslərdən bir qədər azad edib , cəmiyyətin aktiv üzvlərinə çevirməkdir. Bakı şəhərində 2 aprel 2022-ci ildə keçiriləcək “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin 2 apreldə keçirilməsi də təsadüfü deyil. Məhz 2016-cı il şanlı aprel döyüşlərinin il dönümündə qəhrəmanlar yad ediləcək. Şanlı Zəfər tariximiz də danışılacaq.

Həm də iki ay ərzində layihə çərçivəsində görülən işlərin yesabatı veriləcək,tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və ordusunun,onun Müzəffər Ali Baş Komandanının zəfər tariximizdə rolundan danışılacak.Tədbirə şəhid ailələri,müharibə veteranlar, qazilər,QHT və media nümayəndələri dəvətlidilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi