"Dərin hüznlə başsağlığı verirəm..." - Ərdoğandan gözlənilməz 24 aprel müraciəti
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana müraciət ünvanlayıb. Xəbər verilir ki, o mesajında "Bir daha dünyasını dəyişən Osmanlı ermənilərinin xatirəsini ehtiramla yad edir, sağ qalan yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, -deyib. Ərdoğan Ermənistan ilə münasibətlərin normallaşması üçün tarixi fürsət yarandığını da vurğulayıb. Qeyd edək ki, bu gün ermənilər qondarma "soyqırım qurbanları”nı yad edir.