Ərdoğan erməni patriarxı ilə görüşdü
Diyarbəkir şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və erməni apostol kilsəsinin Konstantinopol patriarxatının naibi - baş keşiş Aram Ateşyan arasında görüş olub. "Görüşdə prezident Ərdoğan erməni Konstantinopol patriarxı Mesrop Mutafyanın ölümü münasibəti ilə Aram Ateşyana bir daha başsağlığı verib. Ateşyan respublika prezidentinə minnətdarlığını bildirib", -deyə "Jamanak" yazır.Ərdoğanla yanaşı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu da Aram Ateşyana başsağlığı veriblər.