“Azərbaycanın dəstəyini hər zaman hiss etmişik”— Zelenski
![]()
“Azərbayacan Prezident İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir. Azərbaycan bizə humanitar, tibbi yardım edib”
Bu sözləri Ukrayna Prezidenti Volodimr Zelenski mətbuat konfransında Baku TV-nin jurnalistinin sualına cavab verərkən bildirib. Çıxışının davamında Ukrayna Prezidenti deyib:“Hesab edirəm ki, bu gün Azərbaycan üçün Ukraynaya silah baxımından kömək etmək çətindir, bunu başa düşmək olar. Çünki onların Qarabağ problemi var, bu tarixi məsələdir, çox çətindir”.