azia.az
azia.az

Masallıda vətəndaşı İNCİDƏN MƏMUR KİMDİR? - Prezidentə müraciət olundu

22-04-2022, 10:33

Masallıda vətəndaşı İNCİDƏN MƏMUR KİMDİR? - Prezidentə müraciət olundu
Azia.az məlumaatına görə, Azinfo.tv xəbər portalına Masallı rayon Güllütəpə kənd sakini Tarverdiyev Nicat Ağamalı oğlu tərəfindən bir şikayət məktubu daxil olub. Şikayətçinin dediyinə görə, ailənin tərkibi 6 nəfərdən ibarətdi: Ata, yoldaşı, bacısı və 3 övladı. Ailədı heç kim işləmir, başqa yerdən gəliri də yoxdur, yalnız övladlarının ikisi xəstə olduqları üçün onlara hər ay sosial müavinat alırlar.
Şikayətçi bildirir ki, dəfələrlə ünvanlı sosial yardım almaq üçün lazım olan sənədləri toplayıb ƏƏSMN-nin Masallı şöbəsinə təqdim edib, amma buna baxmayaraq ona imtina cavabı gəlir. Şikayətçi qeyd edir ki, onun mal-qarası yoxdur, yalnız adın da 0.28 ha paybəlli torpaqı vardır.

Vətəndaş cənab Ölkə Başçısından kömək istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi