azia.az
azia.az

 Masallıda YAŞIL TERROR öz ampluasında... - Prezidentə müraciət olundu

20-11-2021, 10:48

  Masallıda YAŞIL TERROR öz ampluasında... - Prezidentə müraciət olundu
Şikayəti olduğu kimi sizlərə çatdırırıq:

Azərbaycan Respublikasının​ Prezidenti cənab İlham Əliyevə

Masallı rayon Güllütəpə kənd sakini Ağayev Mirzə Rüstəm oğlu tərəfindən
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​​Ərizə​

Hörmətli cənab Prezident!

Ərizəmlə yazıb bildirirəm ki,​ bir neçə gün bundan öncə​ Sizə və digər adiyyatı orqanlara şikayət məktubu ünvanlamışdım:

" Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev cənub meşələrin soyqırıma məruz qoyur,​ Masallı meşəbəyliyinin 24 saylı dolayında bir çox ərazi sahədə meşə torpağı qazılaraq daşınır və s,​ ​
dövriyyədə olan,​ amma faktiki​ (realda) olmayan əkinləri​ oldu kimi göstərib saxta statiskalar yazdırır.​ ​
Olmayan əkinlərə oldu kimi saxtalaşdırıb hər ay onlara dövlət büdcəsindən külli miqdarda vəsaitlər xərclənib.

Xahiş edirəm bu yazdıqlarımlaa bağlı​ araşdırma aparılıb​ tədbir görməyə köməklik göstərərdiniz".

03.11.2021-ci il tarixdə 1 saylı Regional ETSİ-nin əməkdaşları şikayətimə bağlı yanıma gəldilər və mən:​ "şikayətin mən verdiyimi və onlarla birlikdə gedib araşdırma aparmağı"-bildirdim.
Onlar isə mənə : " Sən bizə​ izahat ver ki,​ şikayəti mən vermişəm və gedib​ siz özünüz araşdırın".
Yəni, mənim iştirakım olmadan.

Mən isə qanuna müvafiq şəkildə mənim​ iştirakımla araşdırmasını xahiş etdim və onlar isə​ bundan imtina edib çıxıb getdilər.

Görünür​ 1 saylı RETS idarəsinin əməkdaşları da Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevin​ cinayətlərin ört-basdır etməyə çalışırlar.

Bu isə bir vətəndaş kimi mənim konistosiyon hüquqlarımın pozulması deməkdir.

Xahiş edirəm bu yazdığlarımla bağlı tədbir görülməsinə köməklik göstərəsiniz.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq. //azinfo.tv//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi