azia.az
azia.az

Maqsud Mahmudov 850 min manatlıq qızılımı aparıb banka qoyub - Məhkəmə

13-04-2022, 18:26

Maqsud Mahmudov 850 min manatlıq qızılımı aparıb banka qoyub - Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə hakim bildirib ki, ötən prosesdə zərərçəkmiş və təqsirləndirilən şəxs arasında mübahisə baş verdiyindən proses təxirə salınıb. O məhkəmə iştirakçılarına bildirib ki, prosesdə iştirak edən şəxslər etik normalara riayət etməlidirlər.

Prosesdə ifadə verən zərərçəkmiş Rasim Bayramov bildirib ki, lombarda qoyduğu qızılların qiyməti 850 min manatlıq dəyəri var: "Maqsud həmin malları banka qoyub pul götürüb. 2 aysan çoxdur ki, gəlib-gedirəm, nəticə yoxdur. Mənim malımı bankdan götürsün qaytarsın".

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi