azia.az
azia.az

Maqsud Mahmudov məhkəmədə ifadə verib

6-04-2022, 17:07

Maqsud Mahmudov məhkəmədə ifadə verib
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudov cinayət işi üzrə məhkəmə iclasında ifadə verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Mahmudov bildirib ki, zərərçəkmiş Aslan Qəhrəmanovu 2009-cu ildən tanıyır.

O deyib ki, evini təmir etdirəndə iki dəfə usta iş zamanı ölüb: "Evi satmaq üçün Aslana təklif etdim və mənə köməklik göstərməsini istədim. Mən həmin evi 220 min dollara almışdım. Aslanın yanında gələn Adil adlı şəxs 450 min manat pul verdiyini söylədi. Mənə də təcili pul lazım idi. Sonra Aslan Məzahiri təklif etdi və onunla 320 min manata razılaşdıq. O, 60 min manat bir verdi, sonra da 70 min manat təqdim etdi. Dedim ki, qalanını da sonra verərsən. Aslana bildirdim ki, mənə pul lazımdı. O da mənə 120 kv-lıq yerini verəcəyini dedi".

Zərərçəkmiş qismində ifadə verən Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudovla qohumluq münasibətləri olub: "Mən obyektimi satışa çıxartmışdm. Maqsudun problemi vardı, məndən qohumluq xatirinə borca pul istədi. Məndə obyektimi təklif etdim. Maqsud isə obyekti satıb pulunu ələ keçirdi".

Məhkəmə davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi