Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu gün Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Bu barədə anews.az-a Baş prokuorluqdan məlumat verilib.
2020-ci ilin yanvarın 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Mahmudov Maqsud Soltan oğlu ittiham edilib. Sözügedən şəxs bu ilin iyulunda Ukrayna Respublikası ərazisində tutulub.