azia.az
azia.az

"Mən zəng etməkdən yoruldum, “AzərTürkbank” istədiyinə nail oldu” - AzərTürkbank-da nə baş verir?

23-01-2022, 09:56

"Mən zəng etməkdən yoruldum, “AzərTürkbank” istədiyinə nail oldu” - AzərTürkbank-da nə baş verir?
“Şikayətim “AzərTürkBank”dandır. Aylıq ödənişdən əlavə ödənişlər edirəm ki kredit tez bitsin, az faiz ödəyim. Hamısı qalır cari hesabda,ödəniş günü ancaq aylıq ödəniş silinir. Ən azı 5 dəfə məlumat verməyimə baxmayaraq,heç bir tədbir görülmür”.

Dia.az bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Elçin Məmmədov adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: “945-ə zəng eləmək üzrə bəlkə saysalar, “Ginnes”ə düşmüşəm. Hər dəfə də eyni cavab, sorğunuz yönləndirildi,sizinlə əlaqə saxlayacaqlar.
"Mən zəng etməkdən yoruldum, “AzərTürkbank” istədiyinə nail oldu” - AzərTürkbank-da nə baş verir?
1 dəfə dedilər, sizin hesabınızı eyniləşdirə bilmirik, nömrə verdilər dedilər ki,şəx vəsiqənizi üzünüzə tutun selfi edib atın,eyniləşdirək. 1ci dəfədir görürəm ki,bankda şəkillə eyniləşdirmə aparılır. Daha sonra gecə saat 3 tamamda mənə kod göndəriblər və vatsapda yazıblar ki, bu kodu bizə təqdim edin. Səhər durmuşam, görürəm belə sms gəlib, əlbəttə ki, təqdim etmədim,həmin nömrəyə yazmışam ki, gecə 3-də bank işləyir?,2 saat sonra yazıblar ki, online olanda bizimlə əlaqə saxlayın. Həmin günü nə qədər yazsam da,iş vaxtı qəbula düşə bilmədim. İndi, bax bir şey ki,bunu bank belə edirsə (onların mənə təqdim etdiyi nömrədən sms gəlmişdi), hər hansı dələduz bu cür hərəkət edəndə müştəri nə bilsin?! Təbii ki,aldanılacaq. Nəticə: Vəsait,hələ də,hesabımda qalįb və mənə əlavə faizlər hesablanır. Mən zəng etməkdən yoruldum, “AzərTürkbank” istədiyinə nail oldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi