Maqsud Mahmudov bu məşhur müğənnini də ALDADIB
Ukraynada saxlanılaraq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərərçəkənlər arasında əməkdar artist Vasif Məhərrəmli də var.
Gundem.az-ın məlumatına görə, M.Mahmudov əməkdar artist V. Məhərrəmliyə qarşı da dələduzluq edib.
Bununla bağlı Vasif Məhərrəmli ilə əlaqə saxladıq.
Müğənni məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: “Məhkəmə predmeti olduğu üçün bu barədə danışmaq istəmirəm”.
Qeyd edək ki, Maqsud Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş qismində tanınıb. (lent.az)