azia.az
azia.az

“Kontakt Home” bir gündə 29 vətəndaşı məhkəməyə verdi

29-03-2022, 07:50


Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” bu gün onlarla vətəndaşa qarşı məhkəmə iddiası qaldırıb.
“Kontakt Home” bir gündə 29 vətəndaşı məhkəməyə verdi
Yeniavaz.com xəbər verir ki, təkcə bu gün Xəzər Rayon Məhkəməsində “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC-nin iddiaları əsasında 29 iş icraata götürülüb və hakimlər təyin olunub.

Qeyd edək ki, daha əvvəl də “Kontakt Home” alqı-satqı müqavilələrinin pozulması iddiası ilə yüzlərlə vətəndaşı məhkəməyə verib.

Məlumat üçün bildirək ki, bir gün ərzində vətəndaşlara qarşı onlarla məhkəmə iddiası qaldıran “Kontakt Home”un özü barəsində səslənən iddialara bugünə kimi cavab verməyib.

Belə ki, 15 noyabr 2021-ci il tarixində “yeniavaz.com” saytında “Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR başlıqlı yazı yayımlanıb.

Həmin yazıda “Kontakt Home”un vətəndaşlara yalan məlumat verməsilə bağlı yer alan iddialara “ABC- Telecom” MMC bugünə kimi cavab verməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi