"Konktakt Home" məhkəmədə uduzdu
İctimai fəal Emin Xəlilovun "Kontakt Home" şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası təmin olunub.
Anews.az xəbər verir ki, o, "Kontakt Home" Sumqayıt filialında anbardar vəzifəsinə bərpa olunub. Həmçinin, bu müddət ərzində almadığı maaş ona qaytarılacaq.
Məhkəmə prosesi bu gün, 17 fevral Yasamal Rayon Məhkəməsində baş tutub.
Məhkəməyə hakim Günay Axundova sədrlik edib.
Məhkəmədə Emin Xəlili, onun vəkili Zibeydə Sadıqova çıxış edib.
2021-ci il avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" (elektron və məişət texnikası mağazalar şəbəkəsi) şirkətində işdən çıxarıldığını bildirib.
"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu göndərib, buna görə də rəhbərlik mənimlə çalışmaq istəmir", - Xəlilov bildirib.
Bundan sonra Xəlilov ötən ilin sentyabrından 'Kontakt Home" məhkəməyə verib.