azia.az
azia.az

Deputatın şirkəti XALQA QARŞI... - 29 iş qaldırılıb, davamı da gəlir...

28-03-2022, 17:32

Deputatın şirkəti XALQA QARŞI... - 29 iş qaldırılıb, davamı da gəlir...
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” bu gün onlarla vətəndaşa qarşı məhkəmə iddiası qaldırıb.

Təkcə bu gün Xəzər Rayon Məhkəməsində “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC-nin iddiaları əsasında 29 iş icraata götürülüb və hakimlər təyin olunub.

Qeyd edək ki, daha əvvəl də “Kontakt Home” alqı-satqı müqavilələrinin pozulması iddiası ilə yüzlərlə vətəndaşı məhkəməyə verib.

Məlumat üçün bildirək ki, bir gün ərzində vətəndaşlara qarşı onlarla məhkəmə iddiası qaldıran “Kontakt Home”un özü barəsində səslənən iddialara bugünə kimi cavab verməyib.

Sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi