azia.az
azia.az

“Ölü” qanun maddələrini kim “diriltməlidir”? - HƏQİQƏTƏN DƏ...

3-03-2022, 17:01

“Ölü” qanun maddələrini kim “diriltməlidir”? - HƏQİQƏTƏN DƏ...
- "Hüquqçuların dilində jarqona çevrilən “ölü qanun” , “ölü maddə” anlayışı hansısa qanunun və ya qanun, məcəllə maddəsinin tətbiq edilməməsini göstərir. Düzdür, bizdə Konstitusiyanın özünün “ölü” olması, işləməməsi söz qonusudur, amma hər halda bu maddələr kimlərəsə tətbiq edilir. Elə maddələr var ki, heç tətbiq edilməsi yada düşmür".
Məqalədə daha sonra bildirilir: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 295-ci ( “Bilə - bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma”) maddəsi belə “ölü” maddələrdən sayılır. Nadir hallarda ədalətsiz hökm çıxarılması araşdırılır, amma mülki xarakterli ədalətsiz qətnamə, qərar(dad) çıxarılmasına Cinayət Məcəlləsinin 295.1 maddəsi ilə qiymət verilməsi həyata keçirilmir . Oysa CM-in 295.1 maddəsində hakimlərin bilə - bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmasının BEŞ MİN MANATDAN SƏKKİZ MİN MANATADƏK CƏRİMƏ və ya ÜÇ İLƏDƏK MÜDDƏTƏ AZADLIQDAN MƏHRUMETMƏ İLƏ CƏZALANDIRILMASI doğrulanıb.

Məhkəmə Hüquq Şurasının məsləhətçi səviyyəsində saxta-doğru qərarı yoxlamaq hüququnun olmamasını bildirərək hərəkətsizlik etməsini birtəhər anlamaq olar. Eləcə də, yuxarı instansiyaların aşağı instansiyaların saxtalığını qüvvədə saxlamalarının qeyri-prosessual sifarişlə baş verməsi şübhə doğurmur. Bəs baş prokurorluğa nə gəlib? Niyə üzərinə qoyulan görəvi yerinə yetirmir? Axı ədalətsiz məhkəmə qərarları ilə vətəndaşın azadlıq və insan hüquqları – azadlıq , məhkəmə təminatı hüququ pozulur! Konkret fakt: Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov 15.02.2019 tarixli SAXTA qərardadla 1-ci dərəcəli Qarabağ qazisinin DİN-ə qarşı iddiasını mümkün saymayıb . CM-in 295.1 maddəsi ilə tövsif edilməli olan cinayətkar saxtalığı e-məhkəmə portalı sübut edir : “15.02.2019-CU İLDƏ İCLAS NÖVBƏTİ TARİXƏ TƏYİN EDİLDİ”. İclasın növbəti tarixə təyin edilməsi 15.02.2019-cu ildə qərar qəbul edilmədiyinin , qərardadın saxtalığının birbaşa sübutu olsa da, 3-cü ildir saxtalıqdan ziyan çəkən vətəndaşın hüquqlarının bərpası üçün heç bir addım atılmır. Hətta Vəkillər Kollegiyası da özünün intizam komissiyasının üzvü Əlirza Həbilovun timsalında istintaq -ittiham orqanına vəkillik yolunu tutub. Özü də də cinayətkar saxtalıqla. İndiyədək heç bir məhkəmə instansiyası, heç bir hakim Əlirza Həbilovun DİN-in adından səlahiyyətli nümayəndə və vəkil ediləbilməzliyi bir yana, heç etibarnaməsinin olmamasına belə hüquqi qiymət verməyib. Əksinə, hakimlər, “ali” instansiyalar canla – başla saxta vəkilin qeyri-prosessual göstərişi ilə saxta qərarlar çıxarıblar. İndi sıra baş prokurordadır : SAXTA QƏRARLAR QƏBUL EDƏN HAKİMLƏRİN CİNAYƏT MƏCƏLLƏSİNİN 295-Cİ MADDƏSİ İLƏ MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİ ÜÇÜN MƏHKƏMƏ HÜQUQ ŞURASINA müraciət etmək onun səlahiyyətindədir. Milli Məclisin 1-ci vitse-spikeri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynliyə şikayət edən Qarabağ qazisinə hakimlərin toxunulmazlığının ləğv edilməsi və vəkilin məsuliyyətə cəlb edilməsi məsələlərinin Milli Məclisin və deputatların səlahiyyətlərinə aid olmadığı bildirilib. Fikrimizcə, Milli Məclis şikayəti aidiyyatı üzrə səlahiyyətli orqana göndərməlidi(r) .

Cinayət Məcəlləsinin 295-ci maddəsinin saxta qərardad qəbul edən hakim İlqar Cabbarova və digər hakimlərə tətbiq edilməsi qaçılmazdır. Sadəcə, bu qaçılmazlığı səlahiyyətli baş prokuror gerçəkləşdirməlidir. Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” qanunun tələbi belədir. Hakimləri qanunsuzluğa şirnikləndirən saxta səlahiyyətli nümayəndə və vəkil Əlirza Həbilovun məsuliyyəti isə daha ağırdır. Anadolu türkləri demiş, ağırlayan olsa..."
“Ölü” qanun maddələrini kim “diriltməlidir”? - HƏQİQƏTƏN DƏ...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi