azia.az
azia.az

Ziyafət Əsgərovdan deputata xəbərdarlıq…

31-05-2017, 14:43

Ziyafət Əsgərovdan deputata xəbərdarlıq…

“Cəzaların sərtləşdirilməsi cinayətkarlığa qarşı mübarizədə yalnız kiçik zamanda effektli olur. Sonradan isə insanlar buna öyrənirlər. Əgər hesab edirlərsə ki, onlar məsuliyyətdən yayına biləcəklər, o zaman cəzanın sərtliyi cinayətkarlığın qarşısının alınmasında heç bir rol oynamır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliyi müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, hazırda biz cəzanın labüdlüyünün təmin olunmasına diqqət etməliyik.

“Digər tərəfdən isə çalışmalıyıq ki, cəzalar ədalətli olsun. Burada yüzlərlə sənədə əlavə və dəyişikliklər edilir. Ancaq mən bir norma haqqında danışmaq istəyirəm. Hesab edirəm ki, təkcə bu kifayət eki, biz bu məsələ üzərində yenidən işləyək. Misal üçün, 295-ci maddədə deyilir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə və ya qərar çıxrtmaq. Hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxartması üçün 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. Yaxud da üç ilədək müddətdə azadlıqdan məhrum etmək cəzası var.

Bilirsiniz, hakim bilərəkdən ədalətsiz qətnamə və ya qərar qəbul edirsə, bu dövlətin birbaşa əsaslarını dağıdır, vətəndaşın dövlətə və öz xalqına olan inamını sarsıdır. İnsanlar da düşünürlər ki, axı biz necə millətik ki, öz xalqımıza qarşı ədalətsiz qərarlar çıxarırıq. Ona görə də bu cür hallara qarşı cərimələr cəza növündən ümumiyyətlə çıxarılmalıdır. Əvəzində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Bilərəkdən ədalətsiz qərar və yab qətnamə çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ildən 15 ilədək olmalıdır”.

Deputat qeyd edib ki, bəzi hakimlər xüsusilədə mülkü işlərdə məhkəmə proseslərini hərraca çevirirlər. “Sonra da udan tərəfdən böyük məbləğdə pullar alırlar. Bu cür hakimləri 5-8 min manat cərimə etsələr belə, nə təsiri olacaq?”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə buna etiraz edib. O deyib ki, bu cür yanaşma doğru deyil: “Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”.
[/justify]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi