azia.az
azia.az

Roman Abramoviç dünən niyə Bakıya gəlib? - Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir

1-03-2022, 19:24

Roman Abramoviç dünən niyə Bakıya gəlib? - Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir
Mərkəzi Florida Universitetinin 19 yaşlı tələbəsi Cek Svini "Twitter” hesabında rus oliqarxlarına, o cümlədən "Çelsi”nin sahibi Roman Abramoviçə məxsus təyyarələrin yerləşdiyi yerləri göstərib. Azia.az sfera.az-a istinadla bildirir ki, onun sözlərinə görə, "Twitter” hesabında (Russian Oliqarch Jets) hazırda Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə, o cümlədən şəxsi təyyarələr və helikopterlər izlənir. Svini "Bloomberg”ə deyib ki, o, Ukraynaya müdaxilədən sonra rus oliqarxlarının təyyarələrini izləmək üçün bir neçə sorğu aldıqdan sonra hesabı açıb.

Məsələnin maraqlı tərəfi odur ki, Roman Abramoviçə məxsus təyyarə dünən Bakı istiqamətində də görünüb. "Roman Abramoviçin Jet LX-RAY təyyarəsi Bakı yaxınlığında yerə enib”, - deyə məlumatda qeyd olunub. 19 yaşlı gəncin son paylaşımına əsasən isə sözügedən təyyarənin 1 saat əvvəl Moskava yaxınlığında olduğu göstərilib.

Xatırladaq ki, ötən ay Cek Svini "Tesla”nın baş direktoru İlon Maskı izləmək üçün "Twitter” hesabı yaratmışdı. Mask hətta hesabın silinməsi üçün tələbəyə 5000 ABŞ dolları təklif etmişdi.

Roman Abramoviç dünən niyə Bakıya gəlib? - Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir
Roman Abramoviç dünən niyə Bakıya gəlib? - Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir
Roman Abramoviç dünən niyə Bakıya gəlib? - Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir
Roman Abramoviç dünən niyə Bakıya gəlib? - Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi