azia.az
azia.az

Bu pulu götür və dərhal sil - 19 yaşlı gənc İlon Maskın elə bir sirrini tapdı ki...

28-01-2022, 14:24

Bu pulu götür və dərhal sil - 19 yaşlı gənc İlon Maskın elə bir sirrini tapdı ki...
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskı 19 yaşlı ABŞ tələbəsi qəzəbləndirib.

Metbuat.az xəbər verir ki, dünyanın ən varlı adamlarından biri olan İlon Maskın şəxsi təyyarəsinin yerini bildirən proqram təminatı hazırlayan 19 yaşlı ABŞ tələbəsi Cek Svininin bu addımı məşhur iş adamını qəzəbləndirib. Şəxsi təyyarəsinin yerini bilmənin narahatedici olduğunu və təhlükəli nəticələrə səbəb ola biləcəyini ifadə edən Mask, Sviniyə bu bildirişləri silmək üçün 5 min dollar (təxminən 8500azn ) təklif edib. Amma hava hərəkəti idarəetmə mərkəzindən alınan məlumatları avtomatik olaraq eyni vaxtda paylaşaraq Maskın reaktivinin mövqeyini ötürən proqramı inkişaf etdirən Sviniy, Maskın təklifini bəyənməyib.
"Twitter"də avtomatik olaraq yenilənən və Maskın təyyarəsinin qalxdığı və ya endiyi yeri təyin edən proqramı daha da inkişaf etdirən Svini Maska cavab olaraq “Bu rəqəmi 50.000 dollara (təxminən 85000 azn ) yüksəltmək şansınız varmı? Bu, mənim təhsilim üçün böyük dəstək olacaq və mənə Tesla Model 3 avtomobili almağa imkan verəcək” deyib.

Maskın bu təklifə necə cavab verdiyi hələlik məlum deyil. Qeyd edək ki, Svini Mərkəzi Florida Universitetində təhsil alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi