“Pul qazanmadım deyə anam məndən imtina etdi” - VİDEO
Aktrisa Sonaxanım Əliyeva anasının ondan imtina etməsi haqda danışıb.
Azia.az OLAY-a istinadən yazır ki, o, bu barədə "Bizimləsən" proqramında məlumat verib. Sənətçi deyib ki, anası ilə münasibətləri pandemiya dövründə pozulub: "Mən illər ərzində anam və övladım üçün çalışmışam. Hər saniyəm, canım onlara qurban idi. Ömür boyu özüm üçün yaşamadım. Çox təssüf ki, bir il bundan əvvəl anam məndən üz döndərdi. Sosial şəbəkələrdə yazırlar ki, aktrisa anasından imtina edib. Amma belə deyil. Bizim də ürəyimiz var, psixoloji durumumuz buna dözməyə bilər. 45 yaşıma qədər anamla çatmışam, bundan sonra imtina edərəmmi? Bir dəfə demişdim ki, analı yetiməm. Çünki o, məndən üz döndərib. Onun məndən başqa bir övladı, oğlu var. Ona necə qardaş deyə bilərəm? Anam məni məhkəməyə verəndə o, ortada mülk olduğu üçün demədi ki, sən nə edirsən? Pandemiya dövründə qazancım olmadı, hər yer bağlanmışdı. Anam məni qovanda dedi, beş aydır sənə baxıram. Dedim, axı cüzi də olsa, qonorar alıram. Çox insanların üzünü bu dövrdə gördüm. Çox təəssüf ki, əzizlərim də onların sırasına daxildir. Onların üzlərini görmək, səslərini eşitmək istəmirəm. Bir qorxulu yuxu kimi unutmaq istəyirəm".