Anasından imtina edən azərbaycanlı aktrisa: "O artıq həyatımda yoxdur!" - VİDEO
Aktrisa Sonaxanım Əliyeva yeni açıqlaması ilə gündəmə gəlib.
Xəbər verilir ki, aparıcı Zümrüd Bədəlovanın "Xəbər ətər" verilişinə qonaq olan aktrisa anası ilə bütün əlaqələrini kəsdiyini və artıq onun həyatında olmadığını bildirib:
"Hər övladı dünyaya gətirən qadın ana deyil. Mən nankor övlad olmamışam. Bəzən valideyn elə addım atır ki, sanki övladına əziyyət verməkdən həzz alır. Mən analı yetiməm, o insan həyatımda artıq yoxdur. Guya nəvəsi ilə nəfəs alır. İnsan bugünkü gündə nəvəsini də görmək istəmir".