azia.az
azia.az

Gülnarə Kərimovanın oğlu: “Anam sağdır, ancaq...”

24-11-2016, 12:03

Gülnarə Kərimovanın oğlu: “Anam sağdır, ancaq...”
Özbəkistanın mərhum eks-prezidentinin qızı Gülnarə Kərimovanın oğlu, babasının adını daşıyan İslam Kərimov BBC-nin özbək xidmətinə açıqlamasında anasının zəhərlənərək öldürüldüyü haqda yayılmış xəbərləri təkzib edib

“Anam sağdır, ona sui-qəsd edildiyi və öldürüldüyü haqda xəbərlər yalandır. Lakin o, hələ də Daşkənddə ev dustağıdır”-İslam Kərimov Londondan BBC-yə bildirib.

Virtualaz.org xəbər verir ki, Gülnarə Kərimovanın oğlu bacısı İmanın ev dustaqlığından buraxıldığını, ancaq onun Özbəkistanı tərk etməsinə qadağa qoyulduğunu da bildirib. İslam Kərimov deyib ki, anası babası İslam Kərimovun dəfnində iştirak edə bilməyib, çünki ev dustağıdır və onun dəfndə iştirakına icazə verməyiblər.

Xatırladaq ki, Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü haqda xəbəri Özbəkistan xüsusi xidmət orqanlarındakı mənbə Nyu-Yorkda mənzillənmiş müxalif özbək saytına ötürüb. Bu xəbər ildırım sürəti ilə yayılıb, daha sonra İslam Kərimovun ailəsinə yaxın mənbələr məlumatı təkzib ediblər. Bununla belə Özbəkistanda G.Kərimovanın sağ olduğuna hələ də inanmırlar və onun görüntülərinin yayılması üçün sosial şəbəkələrdə çağırışlar edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi