azia.az
azia.az

Gizli səs yazısına icazə varmı? – Qanun nə deyir?

28-01-2022, 17:14

Gizli səs yazısına icazə varmı? – Qanun nə deyir?
“Gizli səs yazısının aparılması və yayılması qanunsuzdur və yolverilməzdir”.

Gizli video və səs yazılarının qanunla tənzimlənməsi ilə bağlı Veteninfo.az-a açıqlama verən vəkil Kamran Tağıyev bildirib ki, Azərbaycan Konstusiyasını 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:

“Eyni zamanda yazışma və/s kimi məlumatların da qorunmasına dövlət təminat verir. Yəni, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Vəkilin sözlərinə görə, bu əməli törədən şəxs yalnız qanunla müəyyən edilmiş hallarda bu addımı ata bilər:

“Yəni, əməliyyat çərçivəsində polis orqanının və ya digər əməliyyat aparan orqanın razılığı və ya göstərişi ilə həyata keçirilə bilər. Ancaq əməliyyat məqsədləri ilə istifadə edilə bilər. Hətta bu halda həmin şəxs bu səs yazısı ilə tanış edilməli və izahatı alınmalıdır.

Araşdırıldıqdan sonra onunla bağlı hüquqi qiymət verilə bilər. Əks halda, o danışıqların heç biri sübut kimi qəbul edilmir. Yalnız özü qəbul və təsdiq edərsə, bu, qəbul olunur. Lakin özü təkzib etdiyi halda bütün sübutlar yararsız hesab edilir.

Qanunsuz səs yazan və yayan şəxs ən azından intizam məsuliyyəti daşıyır, amma qanun vericilikdə bir başa cəza nəzərdə tutulmur.

Yalan xəbərçilik etməklə bağlı kiminsə adından bir məlumat yayılarsa, həmin şəxslə bağlı cinayət işi açıla bilər.

Şər, böhtan olarsa cinayət məscəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni, həmin şəxsə qarşı xüsusi ittiham qaydası ilə məsələ də qaldırıla bilər” -deyə, K.Tağıyev vurğulayıb.


Gizli səs yazısına icazə varmı? – Qanun nə deyir?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi