azia.az
azia.az

Ölümlə təhdid edilən baş redaktora qarşı MƏHKƏMƏ QƏRƏZİ-DETALLAR

2-12-2021, 14:48





Ölümlə təhdid edilən baş redaktora qarşı MƏHKƏMƏ QƏRƏZİ-DETALLAR
Ölümlə təhdid edilən baş redaktora qarşı MƏHKƏMƏ QƏRƏZİ-DETALLAR
Yenixeber.org: İki gün öncə “Mediatv.az” xəbər portalının baş redaktoru Əfqan Bəhluloğlunun qondarma, həm də gülünc bir Məhkəmə "iddia"sı ilə qarşılaşdığı haqqında məlumat vermişdik. (Bu linkdə: https://yenixeber.org/gununxeberi/124972-bas-redaktora-qarsi-bas-hekimin-gulunc-iddiasi-.html) Bu gün isə sözügedən məhkəmə çəkişməsi ilə bağlı yeni, həm də anlaşılması mümkünsüz olan detallar üzə çıxıb. Bu haqda baş redaktor Yenixeber.org-a danışıb:
"Bir neçə gün əvvəl FB səhifəmdə 24 saylı poliklinikanın baş həkimi Hacağa Bağırov tərəfindən məhkəməyə verilməyim barədə paylaşım etmişdim və bildirmişdim ki 24 sayli poliklinika ilə bağlı bir neçə dövlət qurumuna jurnalist sorğumuzdan sonra Orxan adlı şəxs tərəfindən ölümlə təhdid olunmuşam. Məni ölümlə təhdid edən
şəxsi məlumatlandıraraq səs yazısını lentə almışam və 23.11.2021-ci il tarixdə keçirilən məhkəmə prosesində hakim Rübabə Qafarovaya təqdim etmişəm. Hakim Rübabə Qafarova təqdim etdiyim müraciəti əsassız sayaraq qəbul etməmiş, iddiaçı Hacağa Bağırovun bu işə aidiyyatı olmayan, (3-ci ,4-ci dərəcəli şəxs) İlham və Arif adlı şəxslə olan guya telefon danışığımı (səs gizli və icazəsiz yazılıb və bu səsin mənə aid olduğunu ekspertiza təsdiq etməlidir: Ə. B.) fakt kimi qəbul edərək müzakirəyə çıxardı(?) Hansı ki, bu hal ciddi qanun pozuntusudur. Belə ki, Konstitutiyamızın 32-ci maddəsinin 3-ci bəndinə görə,heç kəsin onun xəbəri olmadan səs yazısına və digər hərəkətlərə məruz qoyula bilməz. Mülki Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə edilə bilməz. Gizli səs yazısını qeyd edən şəxs bu yazıya görə CM-nin 155.1 və 156.1 maddəsi ilə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən gizli yolla əldə edilmiş səs yazısından məhkəmədə sübut kimi istifadə edilməsi və müzakirəyə çıxarılması yol verilməzdir. Bu ona deməyə əsas verir ki, hakim Rübabə Qafarovanın gələcəkdə çıxaracağı qərar qeyri obyektiv və qərəzli olacaqdır. 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov vəkillərə və hakimlərə müraciət edib. Müraciətdə deyilir: "Heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 92.9.6. maddəsində etirazlar və vəsatətlər vermək müdafiəçinin hüququ kimi nəzərdə tutulmuşdur.
Çox təəssüf ki, son zamanlar bir çox vəkil həmkarlarımız məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən şikayətlənirlər. Göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində Respublikamızda həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır. Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında Məhkəmə diqqəti ona cəlb edir ki, əgər müdafiə tərəfi müdafiə mövqeyini möhkəmələndirə biləcək vəsatətlər verirsə, onda məhkəmələr bu cür vəsatətlərin rəddolunma səbəblərini mütləq göstərməlidirlər. Eyni zamanda Strasburq Məhkəməsi hesab etmişdir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 121-ci maddəsinin 4-cü bəndinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır".Hakim Rübabə Qafarovaya təqdim etdiyim 2 müracitə heç bir mövqe sərgiləməyib.Qanunvericiliklə qadağan olunmuş sübutladan istifadə edir bu da qanunla yol verilməzdir.Azərbaycan Respublikasında məhkəmə hakimləri müstəqildir və heç bir kəs məhkəməyə təzyiq,təsir gösdərə bilməz. Məhkəmə hakimləri də onlara verilmiş hüquqdan sui-istifadə etməməli bütün işlərə obyektiv baxaraq nəticədə ədalətli qərarlar qəbul etməlidirlər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi