Bu tarixdə Şuşa turistləri tam qəbul edə bilər- Açıqlama
2023-cü il Şuşa Türk dünyasına ev sahibliyi edəcək və güman edirəm ki məhz həmin il Şuşa turistləri qəbul etməyə tam hazır olacaq.
Azia.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
''2023 Türk, 2024 İslam dünyasının paytaxtı elan edilməsi nəzərdə tutulub. Bu da üzərimizə məsuliyyətlər qoyur. Turistlərin Şuşaya gəlməsi üçün infrastruktur tam təmin edilməlidir. Hazırda bununla bağlı işlər gedir. Əsas da mehmanxanalar, yolların bərpası ,elektrik ,su prosesləri icra olunur. Güman edək ki, Şuşa 2023-də Türk dünyasına ev sahibliyi edəcək. 2023-də Şuşa tam turistlərin qəbul edilməsinə hazır olacaq-deyə nazir əlavə edib/anews.az/