azia.az
azia.az

Bu gün bu binalara istiliyin verilməsi dayandırıla bilər - VİDEO

15-12-2021, 09:10

Ölkə üzrə mərkəzi istilik sistemi ilə təchiz edilən bəzi binalara istiliyin verilməsi dayandırıla bilər.
Bu gün bu binalara istiliyin verilməsi dayandırıla bilər - VİDEO
Azia.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.

O bildirib ki, "Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəmək üçün verilən vaxt dekabrın 15-də başa çatacaq.

Mətbuat katibi qeyd edib ki, bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, noyabrın 15-dən indiyə qədər qarşı tərəf üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməyib.

Eldəniz Vəliyev vurğulayıb ki, borc ödənilməyəcəyi təqdirdə "Azəriqaz" İstehsalat Birliyi borclu qazanxanaların qaz təchizatını dayandıracaq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, qaz təchizatının dayandırılmaması üçün zəruri tədbirlər görülür. Onun sözlərinə görə, hazırda qalıq borcun ödəmə mexanizmi müəyyənləşdirilir.

Rafiq Əliyev qeyd etdi ki, qaz tariflərinin dəyişdirilməsi "Azəristiliktəchizat"ın xərclərini artırıb. Onun sözlərinə görə, sakinlərdən yığılan vəsait də istifadə edilən mavi yanacağın ödənişlərinə kifayət etmir.

"Azəriqaz" İstehsalat Birliyindən "Xəzə Xəbər"ə verilən məlumata görə, "Azəristiliktəchizat" noyabrın 15-dən indiyədək 2 milyon 300 min manat ödəniş edib. Tərəflər arasında əldə olunan razılığa görə, 20 milyon 300 min manat borcun ödənilməsi prosesi dekabrın 15-dək tam təmin edilməlidir. Qurumdan o da bildirildi ki, borcun ödənilməsi ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi