azia.az
azia.az

SON DƏQİQƏ! Əhaliyə BƏD XƏBƏR: Dekabrın 15-də...

7-12-2021, 15:02

SON DƏQİQƏ! Əhaliyə BƏD XƏBƏR: Dekabrın 15-də...
Azəriqaz İstehsalat Birliyi olaraq aldığımız qazın dəyərinin 100 faiz ödənişini həyata keçiririk. İstənilən təşkilata qazın satışını həyata keçirdikdən sonra 30 gün müddətində qazın ödənişini həyata keçirməlidir. Qazın ödənişi edilmədiyi halda qazın verilişi dayandırılmalıdır.


Azerforum.az xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat”a 15 dekabradək Azəriqaz İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib:

“Dövlət tərəfindən verilən tapşırığa görə, “Azəristiliktəchizat”a yardım olunur. Bu yardım hər ilin sonu, noyabr ayında həyata keçirilir. Lakin hər qurum işini elə formada qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin. “Azəristiliktəchizat”la abonent arasında bağlanmış müqaviləyə görə, abonent istiliklə təmin etməlidir. Abonent üçün fərqi yoxdur qurumun qaz borcu var, yaxud qazı haradan alır. “Azəristiliktəchizat”la müqaviləmizə əsasən, qaz satışı həyata keçirib, məbləği tələb edirik. Hər ikisi dövlət təşkilatı olduğu üçün güzəştə getdik. Onlara vaxt verildi ki, 15 dekabradək qazın sərfiyyat ödənişini həyata keçirməlidirlər ki, il sonu problem yaşamayaq. Amma buna baxmayaraq, “Azəristiliktəchizat”a satdığımız qazın dəyərini topdan satışçıya ödəmişik. Çünki topdansatışçı bunu bizdən tələb edir. Məsələ 15 dekabradək öz həllini tapacaq. Ona qədər də “Azəristiliktəchizat” ödənişini etməlidir, əks halda ona qazın verilişinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi