azia.az
azia.az

Erməni generallar əlbəyaxaya davaya çıxıb - Yeni Müdafiə naziri qəbul olunmur

16-11-2021, 13:14

Erməni generallar əlbəyaxaya davaya çıxıb - Yeni Müdafiə naziri qəbul olunmur
Ermənistan mediasının əsas müzakirə mövzusu Müdafiə naziri Arşak Karapetyanın Baş nazirin birinci müavini Suren Papikyanla əvəzlənməsidir.

Qaynarinfo xəbər verir ki, erməni informasiya resurlsları bu təyinatla bağlı müxtəlif mülahizələr irəli sürür. Bəzi mənbələr Suren Papikyanın təyinatının müvəqqəti xarakter daşıdığını bildirir.

İddia olunur ki, Baş nazir Nikol Paşinyanın bu addımı Müdafiə Nazirliyində baş verənləri dəqiqliklə öyrənməyə hesablanıb. Bu mülahizəni irəli sürən mənbələr Ermənistan Müdafiə Nazirliyində ziddiyyətlərin olduğunu əsas gətirilər.

"Joqovurd” qəzetinin yazdığına görə Müdafiə Nazirliyində generalitetlər arasındakı ziddiyyətlər nəticə etibarilə əmrlərin yerinə yetirilməməsinə səbəb olur. Qəzetin iddiasına görə, Papikyanın nazir kimi fəaliyyətə başlamasından qısa müddət sonra Müdafiə Nazirliyində çalxalanma olacaq. Baş Qərargah rəisi Artak Davtyan və onun komandası, generallar da daxil olmaqla işdən çıxarılacaqlar.

Erməni nəşri həmçinin qeyd edib ki, Müdafiə Nazirliyində dava düşüb. Hadisə noyabrın 15-də baş verib. İddialara görə, Baş Qərargah rəisi Davtyan və adamları başqa generallarla mübahisə ediblər. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

"Mübahisənin Papikyanın təyinatı ilə bağlı olduğu deyilir. Çünki Davtyan və adamları rəqib bildikləri generalların onları satacaqlarından xəbərdardırlar. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Araya başqaları girdikdən sonra dava dayanıb”, - qəzet yazır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi