Zəngilanda minaya düşdü, helekopterlə Bakııya gətirildi
Zəngilanda minaya düşdü, helekopterlə Bakııya gətirildi
Zəngilandan bəd xəbər gəldi: Ermənilər...
Azia.az xəbər verir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, dünən Zəngilanda mina partlayışı olub.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 radələrində rayonda minaya düşüb.
Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.