Daşkəsən rayon Alaxançallı kənd sakini Kəlbəcərdə minaya düşdü
Kəlbəcərdən daha bir bəd xəbər gəldi - SON DƏQİQƏ
Kəlbəcərdən daha bir bəd xəbər gəldi...
Azia.az "Report"un Qərb Mərkəzinə istinadən xəbər verir ki, Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.
Daşkəsən rayon Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev Daşkəsəndən Kəlbəcər ərazinə keçən atını gedib gətirmək istəyən zaman minaya düşüb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Onun ayağı topuqdan aşağı kəsilib.
Faktla bağlı araşdırmalara başlanılıb.