azia.az
azia.az

Hərbçimiz Zəngilanda MİNAYA DÜŞDÜ

30-09-2021, 22:01

Hərbçimiz Zəngilanda MİNAYA DÜŞDÜ
Sentyabr ayının 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilib, həkimlərin tam nəzarəti altındadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi