azia.az
azia.az

Kimlərə feyxoa yemək olmaz

9-11-2021, 09:04

Kimlərə feyxoa yemək olmaz
Feyxoa ən faydalı payız meyvələrindən biridir. Yod və C vitamini ilə zəngin olan feyxoa sağlamlığımıza çox böyük fayda verir. Lakin bəzi xəstəlik və pozulmalar zamanı feyxoanın istehlakı təhlükəli oal bilər. Bu xüsusilə hipertireoz xəstələrinə aiddir.
"Azia.az" saglamolun-a istinadən xəbər verir ki, hipertireoz zamanı qalxanvari vəzin fəaliyyəti artır ki, bu da orqanizmdə müxtəlif pozulmlara səbəb olur. Yod qalxanvari vəzinin yaxşı işləməsi üçün əsas maddədir. Lakin hipertireozdan əziyyət çəkənlər üçün yodla zəngin olan feyxoanın qəbulu ziyanlıdır və onların vəziyyətini daha da ağırlaşdıra bilər.

Bəzi insanlarda yoda qarşı hiperhəssaslıq var. Bu insanlar da feyxoadan uzaq durmalıdır. C vitamininə allergiyası olan şəxslərdə feyxoanın istehlakı allergiyaya səbəb ola bilər.

Həmçinin feyxoanın çoxlu miqdarda istehlakı qarın ağrısı, köp, həzmsizliyə səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi