azia.az
azia.az

Hər gün alma yemək üçün 12 vacib səbəb

10-09-2018, 07:13


Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq.

Almanın orqanizmə olan faydasını tibb də təsdiq edir. Kardioloqlar israrla xəstələrinə hər gün bir neçə alma yeməyi tövsiyə edirlər.

Azia.az Sağlamolun.az-a istinadən almanın sağlamlıq üçün faydalarını təqdim edir:

1. Kalium və dəmirlə zəngin olan alma insanın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Ürək-damar sistemi xəstəliklərin profilaktikası üçün hər gün bir neçə alma yemək lazımdır.

2. Dünya onkoloqları sübut edir ki, almanın daim qəbulu insanı xərçəng xəstəliklərindən qoruya bilər.

3. Sellülozla (təbii liflər) zəngin olan alma bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün səhər tezdən alma yeməlidir. Bu bağırsaqları "oyadacaq" və gün ərzində daha yaxşı işləməyə kömək edəcək.

4. Almada olan sellüloz orqanizmi toksinlər, şlaklar və digər ziyanlı maddələrdən təmizləyir.

5. Alma böyrəklər üçün də çox faydalıdır. Böyrəklərin sağlamlığını qorumaq üçün alma çayını için.

6. Alma dişlər və damaqlar üçün də çox xeyirlidir. Alma damaqların qan dövranını yaxşılaşdırır, dişləri isə onlara yapışmış qida qalıqlarından təmizləyir. Əgər qida qəbulundan dərhal sonra siz dişlərinizi təmizləyə bilmirsinizsə, alma yeyin.

7. Alma arıqlamağa kömək edir. Alma kalorilərlə zəngin deyil, lakin almada olan sellüloz orqanizm tərəfdən uzun müddət ərzində mənimsənilir və buna görə insan aclıq hiss etmir. Məhz bu səbəbdən alma müxtəlif arıqlamaq üçün olan pəhrizlərdə istifadə olunur.

8. Alma hipoallergen məhsul sayılır (allergiyalara səbəb olmur) və bu səbəbdən almanı allergiyadan əziyyət çəkən insanlar da qorxmadan yeyə bilər.

9. Alma qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.

10. Alma və alma şirəsi qan damarlarını möhkəmləndirir, onları daha elastik edir. Alma sirkəsi varikozla mübarizədə ən effektli təbii müalicəvi vasitələrdən biri sayılır.

11. Yodla zəngin olan alma qalxanvari vəzi xəstəliklərin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Almanın çəyirdəkləri yodla çox zəngindir. Mütəxəssislər almanı çəyirdən və qabığı ilə yeməyi tövsiyə edirlərə. Lakin nəzərə almaq lazımdır ki, gün ərzində yalnız 1 almanın çəyirdəklərini yemək olar. Əks halda zəhərlənmə baş verə bilər.

12. Sübut olunub ki, alma beyinin fəaliyyətini yaxşılaşdırır, beyinin qocalmasını ləngidir.

Alma seçəndə yerli məhsula üstünlük verin. Qırmızı alma növləri daha faydalı sayılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi