azia.az
azia.az

Saakaşvilini təcili apardılar, vertolyotla...

8-11-2021, 23:07


Saakaşvilini təcili apardılar, vertolyotla...
Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili klinikaya yerləşdirilib. O, saxlanıldığı Rustavidəki 12 saylı həbsxanadan 18 saylı Qldani türmə xəstəxanasına çatdırılıb.

Yayılan məlumatlara əsasən, köçürülmə helikopter vasitəsilə həyata keçirilib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, Saakaşvili vəziyyətinin ağırlaşmasının qarşısını almaq məqsədilə klinikaya yerləşdirilib.

Qeyd edək ki, Gürcüstana sentyabrın 28-də qanunsuz daxil olan qonşu ölkənin üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi artıq 39-cu gündür aclıq aksiyası keçirir. Onun 20 kiloqrama yaxın çəki itirdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi