azia.az
azia.az

Saakaşvilinin həbsi qanunsuzdur - Həyat yoldaşından AÇIQLAMA

5-10-2021, 13:27

Saakaşvilinin həbsi qanunsuzdur - Həyat yoldaşından AÇIQLAMA
Saakaşvilinin həbsi qanunsuzdur

Bunu Ali Radanın deputatı, Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko bildirib.

"Mixeil Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyirəm. Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və qiymətləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik. Onun həbsi hazırki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixeilin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm" - deyə Mixeil Saakaşvili ilə münasibətlərindən bəhs edən Y.Yasko deyib.

Onun sözlərinə görə, Ukrayna bu məsələyə müdaxilə etməli və vətəndaşını qorumalıdır:

"Prezident Volodimir Zelenski bu barədə mövqeyini bildirib. Ümid edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi və Tiflisdə səfirlik də Mixeilə lazımi kömək və müdafiəni təmin etmək üçün zəruri olan hər şeyi edəcək",- deputat əlavə edib.

M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Bu hadisədən sonra Ukrayna Ali Radasının "Xalqın xidmətçisi” Partiyasından olan deputatı sosial şəbəkələrdə Mixeil Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciətdə Gürcüstanın üçüncü prezidentinin ikinci dəfə evləndiyi məlum olub. (report.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi