azia.az
azia.az

“Zəfər fədailəri: şəhid həkimlərimiz” adlı tədbir keçirildi - FOTOLAR

7-11-2021, 10:16

“Zəfər fədailəri: şəhid həkimlərimiz” adlı tədbir keçirildi - FOTOLAR
Noyabrın 5-də, Azərbaycanın ilk ixtisaslamış səhiyyə kanalı Medical Mediada Zəfər gününə həsr edilmiş “Zəfər fədailəri: şəhid həkimlərimiz” tədbir keçirilib.
Bakupost.az -ın xəbərinə görə, tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, hərbçi həkimlər, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini deputat Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin koordinatoru Kənan Kərimov, Milli Teleradio Şurasının sədr köməkçisi Haşim Əliməmmədzadə, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayev,1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov və digərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Medical Media kanalının təsisçisi Azər Xudiyev qonaqları salamlayıb, gələn həkim şəhid ailə üzvlərinə, səhiyyə nümayəndələrinə və digər qonaqlara minnətdarlığını bildirib. Kanalın rəhbəri 44 günlük vətən müharibəsində şəhid olmuş hərbi həkimlərin xatirəsinə həsr edilən “Şəfadan Şəhadətə” adlı qısametrajlı filmi qonaqlara təqdim edib.
6 dəqiqəlik filmdə Tibbi xidmət kapitanı Anar Məmmədov, polkovnik leytinant Rasim Abdullayev, tibbi xidmət leytinantı Tariyel Salmanov, tibbi xidmət leytinantı Turqut Xəlilbyli və digər şəhid həkimlər canlandırılıb.
Xatırladaq ki, filmin ideya müəllifi Azər Xudiyev, rejissoru Mirsahib Ağazadədir.
Qısametrajlı filmin nümayişindən sonra tədbirdə iştirak edən qonaqlar film haqqında öz təəssutarlarını paylaşıblar. Tədbirin sonunda iştirak edən şəhid ailələrinə üzərində şəhid hərbi həkimlərin əksi olan xalça hədiyyə edilib.
“Zəfər fədailəri: şəhid həkimlərimiz” adlı tədbir keçirildi - FOTOLAR
“Zəfər fədailəri: şəhid həkimlərimiz” adlı tədbir keçirildi - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi