azia.az
azia.az

Şəhid ailəsi MEK-in “Qarabağmüharibəsiqəhrəmanları”fondundaolub

9-09-2021, 17:37


Şəhid ailəsi MEK-in “Qarabağmüharibəsiqəhrəmanları”fondundaolub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vətənimizin şanlı tarixinə adlarını qızıl hərflərlə yazan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş “Qarabağ müharibəsi qəhrəmanları” fondunu Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Ramil Babayevin ailə üzvləri ziyarət ediblər.
Görüş zamanı şəhidin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunda Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçılarına həsr olunmuş guşələr, onların fotoşəkilləri, eləcə də şəhidlərin şəxsi kitabxanalarındanailələri tərəfindən fonda hədiyyə edilən kitablardan ibarət kolleksiya ilə tanış olublar. Fondun kollektivi ilə görüş əsnasında ailəsi,şəhid Ramil Babayevin ikinci övladınınonunölümündən 10 gün sonra dünyaya gəldiyini bildiriblər.
Qeyd edək ki, şəhidin ailə üzvləri şəhidin sağlığında sevə-sevə oxuduğuRobindranatTaqorun “Seçilmiş əsərləri” kitabınıfonda hədiyyə ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi