azia.az
azia.az

Daha bir canlıda koronavirus aşkar edilib

6-11-2021, 09:42


ABŞ-ın Kolorado ştatındakı zooparkda 2 kaftarda koronavirus aşkar edilib.
Daha bir canlıda koronavirus aşkar edilib
Azia.az APA-ya istinadən bildirir ki, bu, kaftarlar arasında Covid-19-a yoluxma ilə bağlı ilk faktdır. 22 və 23 yaşlı kaftarların koronavirus testi müsbət nəticə verib. Laboratoriya sınağını 2 ali məktəb təsdiqləyib.

Zoopark əməkdaşlarının dediklərinə görə, heyvanlarda koronavirusun yüngül əlamətləri var. Hər 2 kaftar öskürsə də, ümumən sağlamdır. Onların yaxın günlərdə tam sağalacağı gözlənilir. Parkda indiyədək 11 şir, 2 pələng və 1 canavar koronavirusdan sağalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi