azia.az
azia.az

Bakıda 14 yaşlı qızı kimlər qaçırıb? - TƏFƏRRÜAT

4-11-2021, 08:05


Noyabrın ayının 1-də paytaxtın Binə qəsəbəsi, Südçülük savxozu, Parniklər adlanan ərazidə 2007-ci il təvəllüdlü adını çəkə bilmədiyimiz yeniyetmə naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.
Bakıda 14 yaşlı qızı kimlər qaçırıb? - TƏFƏRRÜAT
Azia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, onun axtarışına başlanılıb.
Yeniyetmənin valideynləri övladlarının evdən çıxmasına səbəb olan şəxslərin tezliklə cəzalanmasını gözlədiklərini bildirdilər. Yeniyetmənin anası deyir ki, övladının evdən çıxmasına səbəb olan ərazidə dini ayinlərin təbliği ilə məşğul olan qadın olub. Onun sözlərinə görə, həmin qadın yeniyetməni yoldan çıxarıb. Ərazidə yaşayan sakinlər isə deyir ki, yeniyetmə qız axşam saatlarında evdən çıxıb və naməlum qadın tərəfindən avtobus dayanacağına aparılıb. Ərazidəki fəaliyyət göstərən 160 saylı marşrutun dispeçeri deyib ki, axşam saatlarında ərazidəki avtobus sürücülərinə yeniyetmənin evdən çıxması ilə bağlı məlumat verilib: ”Bizə məlumat axşam saat beş radələrində daxil olub. Biz də öz növbəmizdə yeniyetmənin axtarışları üçün tədbirlər gördük, bütün marşrut sürücülərinə dedik”.

Hadisə barəsində Xəzər rayon polis idarəsinin 3 saylı polis şöbəsinə məlumat daxil olduğu anda polis əməkdaşları tərəfindən ciddi və təxirəsalınmaz tədbirlər keçirilib və yeniyetmə naməlum şəxslər tərəfindən qaçırılmasından 12 saat sonra tapılıb. Hazırda qız evdə ailəsi ilə birlikdədir. "Uşağın evdən hansı səbəbdən çıxması və hadisənin detalları barədə Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə yaxın zamanda məlumat veriləcəyi bildirilib”, - Xəzər rayon polis idarəsinin 3 saylı polis şöbəsindən qeyd olunub. (APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi