Naməlum şəxslər məktəblinin üzərinə benzin töküb yandırdılar - FOTO
Azia.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumatda 15 yaşlı yeniyetmənin Berzarina küçəsindəki evdə aşkar olunduğu bildirilib.
Naməlum şəxslər Moskvanın qərbində yeniyetmənin üzərinə benzin tökərək yandırıblar.
O, bədəninin 98 faiz hissəsinin yanığı ilə xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
Yeniyetmə deyib ki, naməlum şəxslər onun üzərinə benzin töküb və yandırıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aybəniz Abdulova