İntahar edən yeniyetmənin telefonunda nə var idi ? - Tükürpədici fakt
Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.
Azia.az-ın verdiyi məlumata görə, 15 yaşlı yeniyetmə yaşadığı evdən 2 kilometr məsafədən keçən Yuxarı Qarabağ kanalında özünü suya ataraq intihar edib. Ailəsi Aqşinin göz görə-görə ölümə sürüklənməsinə səssiz qaldıqlarına görə özlərini günahkar bilir. Nənəsi Ruqiyyə Cavadova deyir ki, gərək uşağı həkimə aparardıq: “Söhbət edəndə deyirdi mən həyatımdan bezmişəm. Düşmənimiz yox heç kimin günahı yox. Onun xətrinə heç kim dəymirdi. əvvəldən deyir di, ki özümü atacağam suya. Gəlib mənə deyirdi ki, nənə sən get bizdə yat mən sənin yerində yatacağam. Səhər gəlirdim ki, hələ yatmayıb. Deyirdim ay bala bu telefon səni məhv edəcək. Deyirdi onsuzda mən həyatımdan bezmişəm. Biz gərək onu həkimə apardıq.”
Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. İntihar edən yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: “İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm ya da özümü. Məncə qıza görə başqasına verildiyinə görə fikirləşib bu hadisə baş verib.“
15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı. Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: “ Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun.”
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq.